EN

Masazırda iki qadın qətlə yetirilib, cinayət işi başlanıb - YENİLƏNİB

Aprelin 11-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bu barədə APA-nın sorğusuna cavab eolaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, 2 nəfərin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

***

13:52

Bu gün Masazırda iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.

APA xəbər verir ki, ölən şəxslərin 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanova və 1996-cı ildə anadan olmuş Nuranə Rüstəm qızı İsgəndərli olduqları müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Chosen
2
19
apa.az

10Sources