EN

Azərbaycan nefti 119,98 dollara satılır

Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.

 

Senzor.az bildirir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 5,05 dollar və ya 4,04 faiz azalaraq 119,98 dollar olub.

 

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

 

Onu da qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində neftin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

 

Chosen
15
49
senzor.az

10Sources