BAKI,TurkicWorld, Orxan Qədirzadə
2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Azərbaycana polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 22,9 faiz artaraq, 27 milyon 610 min 570 dollara bərabər olub.
Bu barədə TurkicWorld- ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2026-cı ilin mart ayında Azərbaycana polad ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 43,3 faiz artaraq, 8 milyon 558 min 760 dollara çatdırıb.
Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artaraq, 1 milyard 552 milyon 765 min dollara bərabər olub.
2026-cı ilin yanvar-mart aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 3 milyard 820 milyon 541 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 16 milyard 334 milyon 855 min dollar məbləğində polad ixrac edib.