"Sülh Körpüsü" təşəbbüsünün özəlliyi ondan ibarətdir ki, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələri vasitəçilər olmadan ünsiyyət qurmaq imkanına malikdirlər".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Sülh Körpüsü" təşəbbüsünün kuratoru, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bu gün iki ölkənin vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşünün yekunları üzrə keçirilən mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, bu, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin dördüncü görüşü olub.