EN

Pezeşkianın sözçüsü: Amerika ilə danışıqlarda əlimiz tətikdə olacaq

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

“İran nümayəndəsi heyətinin ABŞ ilə müzakirələr üçün İslamabada göndərilməsi Tehranın danışıqlarla bağlı əzmini göstərir”.

Bunu İran Prezidenti Məsud Pezeşkianın sözçüsü Fatimə Mohacerani deyib.

“Amma Prezidentin də qeyd etdiyi kimi, biz danışıqları əlimiz tətikdə aparacağıq. Dialoqa açıq olsaq da, aradakı etimadsızlığın fərqindəyik. Buna görə də İranın danışıqlar heyəti bu prosesə maksimum ehtiyatla daxil olur. Ümid edirik ki, ali rəhbərin (Müctəba Xamenei) göstərişləri fonunda bu heyət uğur qazanacaq”, - İran rəsmisi bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
icma.az

2Sources