EN

Məsiyevlə Umudlu göydən düşüb? Rəhim Həsənovun ayrı seçkiliyi...

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli premyer-liqasında 27-ci turun qalan beş oyununun da təyinatları açıqlandı. Aydın oldu ki, FİFA referilərindən Kamal Umudlu bu gün keçiriləcək "Şamaxı" - "Qarabağ" oyununda VAR hakimi, Elçin Məsiyev isə "Neftçi" - "Araz-Naxçıvan" matçında dördüncü hakimdi.Əlbəttə, mövsümün bu məqamında məhz belə təcrübəli hakimlərə ehtiyac var. Lakin bir sual yaranır. 26-cı turda Umudlu "Sumqayıt" - "Neftçi" görüşündə, Məsiyev isə "Zirə" - "Şamaxı" qarşılaşmasında bir epizodda səhvə yol vermişdi.Görünür, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov ölkə kubokunun yarımfinalında keçirilən "Turan Tovuz" - "Zirə" oyununda səhvlərə yol verən baş hakim Əliyar Ağayevlə VAR hakimi Cavid Cəlilovu ağır cəzaya məhkum etsə də, yuxarıda adı çəkilən referilərə yüngül, daha dəqiqi, 1 oyunluq cəzanı belə rəva bilməyib. Təbii ki, bu addım çoxunun Rəhim bəyin məhz Əliyar bəylə keçmişdəki intriqalara görə prinsip apardığı haqda iddiasını gücləndirir...Təki belə olmasın!Yeri gəlmişkən, Əliyar Ağayevlə Cavid Cəlilov 26-cı turda olduğu kimi, bu dəfə də iş başında olmayacaq.KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
1
icma.az

2Sources