EN

Tovuzda üç uşağından imtina edən qadın himayəyə verildi KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tovuz rayonunda 3 azyaşlı uşağından imtina edən və sonradan xəstəxanaya yerləşdirilən qadın qohumlarının himayəsinə verilib.

KONKRET.az xəbər verir ki, Tovuz şəhər sakini Təranə Ələsgərova xəstəxanada müayinə olunub və ona ambulator müalicə yazılıb. Qadın xəstəxanadan çıxarılaraq ambulator müalicə üçün anasının himayəsinə verilib.

Xatırladaq ki, Tovuz rayonu Məhəmməd Zeynallı küçəsindəki yataqxanada yaşayan ailə 3 azyaşlı övladından imtina edib. Ailə başçısı Səbuhi Ələsgərovun içki aludəçisi olduğundan ailədə tez-tez mübahisə yaradıb psixoloji problemləri olan arvadı Təranə Ələsgərovanı və övladlarını döyməsi, işgəncə verməsi barədə məlumat daxil olub.

Araşdırmalar zamanı məlum olub ki, ailənin 3 övladı – 2024-cü il təvəllüdlü İ.Ələsgərov, 2019-cu il təvəllüdlü İ.Ələsgərov, 2018-ci il təvəllüdlü Y.Ələsgərov ataları tərəfindən dilənçiliyə vadar ediliblər.

Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları həmin ünvanda yaşayan ana və 3 övladını Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirmişdilər. Ailənin imtina etdiyi 3 azyaşlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən nəzarətə götürülüb və Gəncədəki uşaq evlərindən birinə yerləşdiriliblər./Oxu.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
7
konkret.az

10Sources