EN

Bakıda torpaq sürüşməsi ilə bağlı rəsmi açıqlama VİDEO

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər Abşeron yarımadasında müşahidə olunan intensiv atmosfer çöküntülərinin düşməsi ilə Gəncə prospekti 29/35 ünvanında sərt yamacda səthi yuyulma nəticəsində sürüşmə baş verib.

Globalinfo.az bildirir ki, bunu “Report”a açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında 3-4 kub suxur kütləsinin islanaraq yamac boyunca uçması hesabına sürüşmə olub:

“Proses lokal xarakterli olub. Nisbətən yumşaq suxurların yağış suları hesabına yuyulması və islanması nəticəsində baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır”.

***14:04

Paytaxtın Xətai rayonunda torpaq sürüşməsi qeydə alınıb.

Globalinfo.az baku.vs-ə istinadən bildirir ki, hadisə Gəncə prospekti 29/35A ünvanında baş verib.

Məlumata görə, sürüşmə bu gün səhər 07:30 radələrində qeydə alınıb.

Belə ki, sürüşmə nəticəsində ərazidə park edilmiş avtomobillərə ziyan dəyib.

Sakinlərin sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
19
globalinfo.az

10Sources