EN

Bu il Ləman üçün ağır keçdi... Yeni yaşını xəstəxanada qarşıladı

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Bu gün Yasamaldakı yanğında həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın doğum günüdür.

“Qafqazinfo” xəbər verir ki, Ləman 26 yaşını İstanbulda əməliyyat olunduğu və hazırda müalicəsinin davam etdirildiyi Acıbadem Klinikasında qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl L.Qulamovanın babası Vəlibəy Hümbətov saytımıza açıqlamasında bildirib ki, nəvəsi Türkiyədə 3 dəfə robotik əməliyyat olunub və onun boğazına stent qoyulub, vəziyyəti isə orta ağırdır. Bu günə qədər nəvəsini öz vəsaiti hesabına müalicə etdirdiyini deyən baba ölkə rəhbərliyinə müraciət edərək kömək istəmişdi.

Qeyd edək ki, ötən ilin noyabrında Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Yanğın zamanı həlak olanlardan Könül Hümbətova Ləmanın anasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
2
qafqazinfo.az

3Sources