EN

Reuters: ABŞ İranın Qətərdə və bəzi xarici banklarda saxlanılan aktivlərinin azad edilməsinə razılıq verib



İran rejimi ilə ABŞ arasında İslamabadda keçiriləcək danışıqlar ərəfəsində, iranlı yüksək vəzifəli bir rəsmi Vaşinqtonun İranın bloklanmış aktivlərinin azad edilməsinə razılaşdığını açıqlayıb. "Reuter"sin verdiyi məlumata görə, adı açıqlanmayan bu rəsmi bildirib ki, ABŞ İranın Qətərdə və bəzi xarici banklarda saxlanılan aktivlərinin azad edilməsinə razılıq verib və Tehran bu addımı "xoş niyyət göstəricisi" və davamlı sülh razılaşmasına doğru bir addım kimi qiymətləndirir. Bununla belə, mənbə vurğulayıb ki, bu aktivlərin azad edilməsi yekun razılaşmadan əvvəl Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinə təminat verilməsi ilə birbaşa əlaqələndirilir. Tehran eyni zamanda Livanda atəşkəsin təmin olunmasını da tələb edir; bu şərt daha əvvəl Vaşinqton və Təl-Əviv tərəfindən rədd edilib. Məlumatlara görə, İran rejimi bundan əlavə Hörmüz boğazındakı rolunun tanınmasını və gəmilərdən rüsum alınmasını da istəyir. ABŞ isə bu tələbi qəbul etməyərək, beynəlxalq su yolunun məhdudiyyətsiz açıq qalmalı olduğunu bildirir. İRADƏ
Chosen
16
baki-xeber.com

1Sources