EN

Azərbaycanın stolüstü tennisçiləri növbəti dəfə Türkiyə Super Liqasında çıxış edəcəklər

Azərbaycanın stolüstü tennisçiləri tenə Türkiyə Super Liqasında çıxış edəcəklər.

Fanat.Az xəbər verir ki, millinin üzvləri Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova növbəti dəfə “Masader Spor Klubu” tərəfindən dəvət alıblar.

İdmançılar yarışın ikinci turunun oyunlarında sözügedən komandanın uğurları üçün çalışacaqlar.

Qeyd edək ki, Ankara təmsilçisi Türkiyə çempionatının iddialı komandalarından sayılır. “Masader Spor Klubu” bu mövsüm də mükafatlar uğrunda mübarizə aparmaqdadır.

Stolüstü tennisçilərimizin Türkiyə Super Liqasında çıxış etməsi idmançıların oyun təcrübəsinin artırılması və qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

 

Chosen
25
8
fanat.az

10Sources