Ajans.az xəbər verir ki,hadisə aprelin 10-u saat 15 radələrində şəhər ərazisində baş verib. Şəhər sakini 2019-cu il təvəllüdlü Aylin Mustafazadə evlərinin qarşısında olarkən ehtiyatsızlıqdan kanala yıxılıb. Azyaşlı köməksiz vəziyyətdə qaldığından kanalda boğulub. Onun meyiti sudan çıxarılıb. Faktla bağlı araşdırmalar aparılır./oxu.az