EN

İranın yeni ali rəhbəri eybəcər hala düşüb

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Cebheinfo.az” “Reuters” agentliyinə istinadən xəbər verir ki, İranın mərhum ali rəhbəri Seyyid Əli Xameneyinin oğlu Müctəba Xameneyi barəsində daha bir məlumat yayılıb. 

Agentliyin məlumatına görə, Müctəba Xameneyi eybəcər hala düşüb, lakin huşu başındadır və strateji qərarların qəbul edilməsində iştirak edir. 

Belə ki, yeni ali rəhbər Müctəba Xameneyi hazırkı münaqişənin əvvəlində atasının ölümünə səbəb olan hava hücumunda aldığı ağır üz və ayaq yaralarından sağalmaqdadır. 

56 yaşlı indiki liderin Tehrandakı iqamətgahına edilən hücumda üzü ciddi şəkildə eybəcər hala düşüb, hətta bəzi iddialara görə, Xameneyinin bir ayağı amputasiya olunub. 

Fiziki xəsarətlərinə baxmayaraq, Xameneyinin ətrafı onun ağlının başında olduğunu və video bağlantı vasitəsilə dövlətə rəhbərlik etdiyini, İslamabadda ABŞ ilə sülh danışıqları da daxil olmaqla, vacib məsələlərin müzakirələrində iştirakını iddia edir. 

Yunis Abdullayev 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
cebheinfo.az

1Sources