EN

Borca görə axtarışda olan 78 nəfər saxlanılıb

ain.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Ötən gün ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 103, o cümlədən borclu şəxs qismində axtarışda olan 78 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bildirilib ki, narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Aprelin 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
10
azpost.info

10Sources