EN

Paşinyandan kortej qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən polis avtobusu ağır yol-nəqliyyat hadisəsinə səbəb olub.

Musavat.com-un məlumatına görə, qəza Kuçak–Aparan şossesində baş verib.

Ermənistan Daxili İşlər Nazirliyinin polisinə məxsus “Honda” markalı avtobusla “Nissan” markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, 12 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb, qəzanın başvermə səbəbləri araşdırılır. Rəsmi qurumlar əlavə məlumatın veriləcəyini bildiriblər.

Qəza baş verdikdən sonra Baş nazir Nikol Paşinyan sürücülərə müraciət edərək yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb. O, Lori bölgəsinə səfəri zamanı sosial şəbəkədə canlı yayımda bildirib ki, sürücülər yollarda son dərəcə diqqətli olmalı və məsuliyyətsiz davranışlardan çəkinməlidirlər.

Paşinyan vurğulayıb ki, yaxşı yol şəraiti bəzi hallarda sürücülərdə sürəti artırmaq istəyi yaradır və bu da ağır, hətta faciəvi nəticələrə səbəb olur.

Musavat.com

Chosen
7
musavat.com

1Sources