Misli Premyer Liqasının XXVII turunda “Neftçi” “Araz-Naxçıvan” ı qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" ardıcıl 3 oyundur qələbə qazanır.

Hər iki komanda növbəti mövsüm avrokuboklarda iştirak etmək istəyir. Ona görə də bu qarşılaşma böyük önəm kəsb edir.

"Neftçi" 40 xalla 5-ci, "Araz-Naxçıvan' isə onların bir xal gerisində 6-cı yerdədir.


MPL, XXVII tur

11 aprel (şənbə)

20:00 “Neftçi” – “Araz-Naxçıvan”

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev

VAR: Rauf Cabarov

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Asif Əliyev

“Neftçi Arena”