EN

İşın Karaca Yunanıstandan "İzmir marşı"na görə deport edildi

Son zamanlar mediada daha çox arıqlaması ilə gündəmə gələn İşın Karaca ailəsi ilə birlikdə Afinaya gedib. Lakin Karaca dünən sosial şəbəkə hesabında paylaşım edərək Yunanıstandan deportasiya olunduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, ailəsi ilə birgə dincələn sənətçi açıqlamasında ölkədən çıxarılmasının səbəbini izah edib.

Məşhur müğənni Afinadan yaydığı videoda deyib:

"Dostlar, əlimdəki bu kağızları görürsünüzmü? Afinaya girişim rədd edildi. Niyə? Çünki 2024-cü ildə Gümülcinedə "Ne mutlu Türküm diyene" və "İzmirin Dağlarında Çiçəklər Açır" marşını ifa etdim. Qızım və həyat yoldaşım keçə bildi. Onların girişi asanlaşdırıldı. Amma mən deportasiya edildim. Görünür, mənimlə bağlı məsələ milli məsələ imiş. Bu, indiyə qədər gördüyüm ən absurd münasibət idi. Heç kim bizə bir stəkan su belə təklif etmir. Sağ olsunlar... Saatlardır ki, buradayıq. Bizi ölkəmizə geri göndərəcəklər."

Daha sonra təyyarə bileti tapa bilməyən İşın Karaca titrək səslə bilet satan şirkətə müraciət edib: "Ölkəmə qayıtmaq istəyirəm".

Chosen
20
publika.az

1Sources