EN

İran saatlardır internetsiz qalıb

Bakı. Trend:

İran 1000 saatdan çoxdur ki, internetsiz qalıb.

Trend xəbər verirki, bu barədə “Netblocks” real-vaxt rəqəmsal monitorinq platformasıməlumat yayıb.

Məlumata görə, İranın intranet adlandırılan və ölkədaxiliyazışmalar, bank əməliyyatları və digər xidmətlər üçün zəruri olandaxili interneti işləsə də, www-ya, yəni beynəlxalq şəbəkəyə çıxış41 gündən çoxdur ki, yoxdur.

Yerli hökumət İranda müharibə başlayandan beynəlxalq şəbəkəyəçıxışı məhdudlaşdırıb.

Qeyd edək ki, “NetBlocks” qlobal internet monitorinqplatformasıdır və müxtəlif ölkələrdə internet kəsintiləri, sosialşəbəkə məhdudiyyətləri və kibertəhlükəsizlik hadisələrini real vaxtrejimində izləyir. Platforma həm texniki ölçmələrə, həm də açıqmənbələrə əsaslanaraq rəqəmsal hüquqlar və informasiya əlçatanlığıilə bağlı şəffaflıq təmin edir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

Məqalədə:
Chosen
25
az.trend.az

1Sources