Xaçmazda 36 yaşlı kişi qəzada həyatını itirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Həsənqala kəndi ərazisində qeydə alınıb.
Vaz-2107 markalı avtomobil yolu keçən piyadanı vurub. Rayon sakini İzzət Cəlilov aldığı ağır xəsarətlərdən yerindəcə həyatını itirib.
Qəzanın səbəbləri araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu