EN

Lənkəranda zabitlər qəzaya DÜŞDÜ FOTO

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Lənkəran şəhərində ciddi yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza ötən gün gecə saatlarında şəhərin Zərifə Əliyeva küçəsində baş verib.Hərəkətdə olan “Mercedes” markalı avtomobil, Göyşaban kənd sakini, 2000-ci il təvəllüdlü Hikmət Davudzadənin idarə etdiyi “Opel” markalı minik avtomobili ilə toqquşub.

 

Hadisə nəticəsində “Mercedes”də olan Sabirabad rayon sakinləri — 2005-ci il təvəllüdlü Allahverdi Oruczadə və Emil Əliyev, eləcə də “Opel”in sürücüsü Hikmət Davudzadə və sərnişin, Lənkəran şəhər sakini Səbuhi Həmidli müxtəlif xəsarətlər alıblar.

Yaralılar təcili olaraq xəstəxanaya çatdırılıb. Allahverdi Oruczadənin vəziyyətinin ağır olduğu bildirilir və o, reanimasiya şöbəsinə yerləşdirilib. Digər şəxslərin müalicəsi davam etdirilir.Qeyd olunur ki, “Mercedes”də olan şəxslər “N” saylı hərbi hissədə xidmət edən zabitlərdir.Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
bizim.media

10Sources