EN

36 yaşlı kişini maşın vurub öldürdü

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə gecə saatlarında rayonun Həsənqala kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Cəlilov İzzət Saleh oğlunu vurub.

Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo.az/

Chosen
40
7
musavat.com

10Sources