EN

Niko Şlotterbek Dortmund “Borussiya”sında qaldı – Rəsmi – ARENA.AZ

Almaniyanın “Borussiya” komandasının mərkəz müdafiəçisi Niko Şlotterbek Dortmund klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu ilə yeni sözləşmə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsinin vaxtı 2027-ci ilin yayında başa çatmalı idi.

Niko Şlotterbek “Borussiya”ya 2022-ci ilin iyul ayında 20 milyon avro məbləğ müqabilində “Frayburq”dan keçib. Müdafiəçinin Dortmund klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Şlotterbek “Borussiya” üçün bütün yarışlarda 31 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə verib.

Şlotterbekin “Borussiya”nın heyətində çıxışının ümumi mənzərəsi 155 oyun, 10 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Niko Şlotterbek 2022-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 25 oyun keçirib, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı alman mərkəz müdafiəçisinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
4
4
arena.az

10Sources