Ukrayna Müdafiə Qüvvələri Xəzər dənizində Rusiya qoşunlarını yanacaqla təmin edən iki mühüm qazma platformasına zərbə endirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, aprelin 10-na keçən gecə həyata keçirilən bu əməliyyat Xəzər şelfindəki strateji obyektləri hədəf alıb.
NOCOMMENT.az xəbər verir ki, hücum Rusiyanın hərbi-iqtisadi potensialının zəiflədilməsi strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. İlkin məlumatlara əsasən, zərbələr V.Qrayfer və Y.Korçagin adına yataqlarda quraşdırılmış buzadavamlı stasionar platformalara dəyib. Xəzər dənizinin şimal hissəsində, cəbhə xəttindən təxminən 1000 kilometr uzaqlıqda yerləşən bu obyektlər Rusiya ordusunun yanacaq-sürtkü materialları ilə təchizatında həlledici rol oynayır.
Rəsmi məlumatda bu cür hədəflərə qarşı əməliyyatların gələcəkdə də davam etdiriləcəyi vurğulanıb.
Sara,
NOCOMMENT.az