EN

Dərnəgül dayanacağında tikinti işləri başa çatırVİDEO

“Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşəcək "Dərnəgül" dayanacağında tikinti işləri başa çatmaq üzrədir. 

Xezerxeber.az-ın məlumatına əsasən, bütün işlər yekunlaşdıqdan sonra dayanacaq sərnişinlərin istifadəsinə veriləcək.

Dərnəgül ərazisində yaşayanlar rahat şəkildə sürətli elektrik qatarlarından istifadə edərək Bakı Dəmir Yolu vağzalına və Xırdalana səfər edə biləcəklər.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi dəmiryol marşrutu üzrə Dərnəgül dayanacağının tikintisinə 2025-ci ilin iyul ayında başlanılıb. Layihə çərçivəsində dayanacaqda 4 ədəd platforma, 2 ədəd turniket binası, 1 ədəd piyada üst keçidi inşa edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
3
2
xezerxeber.az

3Sources