EN

“Neftçi”dən SON XƏBƏR - Vernidub onunla müqavilənin pozulmasını istədi

Kenan Piriç növbəti mövsümü «Neftçi»də keçirə blməyəcək.

Burada qalsa belə, «1 nömrə» olmayacaq.

Bu, Yuri Vernidubun istəyidir. Ötən ilin dekabrında komandanın sükanı arxasına keçmiş baş məşqçi bosniya və herseqovinalı qapıçının xidmətində maraqlı deyil.

Ukraynalı mütəxəssis 2025-ci ilin yayında «Antalyaspor»dan gəlmiş və 2 illik müqaviləyə imza atmış balkanlı kiperin ona lazım olmadığı barədə rəhbərliyi növbəti dəfə məlumatlandırıb.

Piriçin Premyer Liqanın 26-cı turunda «Sumqayıt»la matçıda (3:1) qolla nəticələnən kobud səhvi Vernidubu çox məyus edib.

Təcrübəli çalışdırıcı bildirib ki, belə xətalar komandanın özünəinamını sarsıdır və əgər avrokuboklarda oynamaq istəyirlərsə, qapı xəttinə daha səviyyəli transfer edilməlidir.

O, bu mövqeyə bir neçə namizədinin olduğunu diqqətə çatdırıb.

Vernidub bosniyalı ilə müqavilənin pozulmasını arzulayır. İşdir, bakılı rəsmilər onunla bu yöndə anlaşa btlməsə, ikinci qapıçı kimi düşərgədə saxlanılacaq.

SPORTİNFO.AZ

Chosen
28
sportinfo.az

1Sources