Yazını böyüt
Yazını kiçilt
"Danışıqlar başlamazdan əvvəl iki məsələ yerinə yetirilməlidir".
Hafta.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” hesabında yazıb.
O, ABŞ-la danışıqların başlaması üçün Livanda atəşkəsin təmin edilməsini və dondurulmuş aktivlərinin azad olunmasını şərt kimi irəli sürüb:
“Qarşılıqlı şəkildə razılaşdırılmış iki məsələ hələ də icra olunmayıb. Bunlar Livanda atəşkəs və danışıqlardan əvvəl İranın bloklanmış aktivlərinin azad edilməsidir”.