EN

ABŞ-də hərbi qeydiyyat sistemi ilə bağlı yenilik tətbiq olunacaq 

ABŞ-də 18-26 yaş arası kişilərin hərbi xidmət üçün avtomatik qeydiyyata alınması planı gündəmdədir.

“CNBC” xəbər portalının məlumatına görə, sənədə görə, Seçmə Xidmət Sistemi bu prosesi 2026-cı ilin sonuna qədər tam tətbiq etməyi hədəfləyir. Bu dəyişiklik qəbul edilərsə, uyğun yaş qrupundakı bütün ABŞ vətəndaşları avtomatik şəkildə hərbi qeydiyyata düşəcək.

ABŞ-də məcburi hərbi çağırış 1973-cü ildən bəri tətbiq olunmur. 1980-ci ildən isə kişilər üçün yalnız qeydiyyat öhdəliyi mövcuddur və bu sistem könüllü icra olunur. Məlumatlara görə, 2024-cü ildə uyğun kişilərin təxminən 81 faizi qeydiyyatdan keçib. Qeydiyyata əməl etməmək ciddi cəza ilə nəticələnə bilər, bununla bağlı cərimə və ya həbs riski var.

Hazırda layihə rəsmi olaraq qüvvəyə minməyib və sadəcə təklif mərhələsindədir.

1Sources