“Instagram”da şərhləri redaktə etmək mümkün olacaq. Lakin bu, paylaşımdan sonra yalnız 15 dəqiqə ərzində edilməlidir. Bu funksiya istifadəçilərə səhvlərini düzəltmək və ya fikirlərini daha dəqiq ifadə etmək imkanı verir.
Redaktə zamanı şərhin altındakı “Edit” seçiminə klikləyərək mətni dəyişmək və təsdiqləmək kifayətdir. Bu 15 dəqiqəlik müddət ərzində şərhi istədiyiniz qədər yenidən redaktə etmək mümkündür.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”