EN

Qadın özünü tibb bacısı kimi təqdim edərək 4400-dən çox pasiyenti "müalicə edib"

ABŞ-da bir qadın saxta sənədlər hazırlayaraq özünü tibb bacısı kimi təqdim edib və 4400-dən çox pasiyentə xidmət göstərib. O, daha sonra məhkəmə tərəfindən həbs cəzası olmadan şərti azadlıqla cəzalandırılıb. 

HİT.az xəbər verir ki, bu barədə “New York Post” (NYP) yazır.

Florida ştatının Palm-Kost şəhərində məhkəmə qarşısına 29 yaşlı Otem Bardisa çıxarılıb. Onun işi ABŞ-da ən genişmiqyaslı tibbi fırıldaqçılıq hallardan biri kimi qiymətləndirilib. Bildirilir ki, qadın 2024-cü ilin iyunundan 2025-ci ilin yanvarına qədər “AdventHealth” adlı özəl protestant klinikalar şəbəkəsində 4400-dən çox pasiyentə xidmət göstərib.

İstintaq zamanı məlum olub ki, Bardisa başqa bir tibb bacısının lisenziya nömrəsindən istifadə edib və “baş tibb texniki” vəzifəsində işləmək üçün saxta sənədlər təqdim edib. O, uyğunsuzluqları evlilikdən sonra soyadını dəyişməsi ilə izah etməyə çalışsa da, bunu təsdiqləyən sənəd təqdim etməyib.

Ona tibbi sahədə qanunsuz fəaliyyət və dələduzluq üzrə 14 ittiham irəli sürülüb. Nəticədə Otem Bardisa günahını etiraf edib. Məhkəmə hakimi Don Nikols ona 5 il şərti həbs cəzası, 50 saat ictimai iş və tibbi sahədə işləməyə müvəqqəti qadağa təyin edib. Bundan əlavə, o, fırıldaqçılıqda istifadə etdiyi tibb bacısına rəsmi üzr məktubu yazmalıdır.

Samir
 

Chosen
25
hit.az

1Sources