EN

Naxçıvan Ombudsmanı ləğv edildi

Naxçıvan Muxtar Respublikasında Ombudsman təsisatı ləğv edilib.

Sitat.info xəbər verir ki, bu barədə Ali Məclisin plenar iclasında qərar qəbul edilib.

 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov  bildirib ki,  Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının müvafiq maddələrindən Naxçıvan MR-in İnsan hüquqları üzrə müvəkkili ilə bağlı müddəalar çıxarılıb.

Bu səbəbdən “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi zərurəti yaranıb.

Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev qanun layihəsi barədə məlumat verdikdən sonra Qanun səsə qoyularaq qəbul edilib.

Chosen
1
21
sitat.info

10Sources