Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının yekunlarına əsasən həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Manuel Noyer qalib gəlib.
“Bavariya”nın 40 yaşlı qapıçısı “Real”la matçda 9 seyv edərək komandasının 2:1 hesablı qələbə qazanmasında böyük pay sahibi olub.
Noyer UEFA-nın saytında keçirilən səsvermədə həftənin ən yaxşı futbolçusu adı uğrunda mübarizədə David Rayya (Arsenal), Xulian Alvares (Atletiko) və Xviça Kvaratsxeliyadan (PSJ) daha çox səs toplayıb.