EN

Bakıda İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 10-da İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneininhəlak olmasının 40-cı günü ilə əlaqədar Bakıda anım mərasimikeçirilib.

Trend xəbərverir ki, mərasimdə Azərbaycanın Baş nazirinin müavini ŞahinMustafayev, hökumət və ictimaiyyət nümayəndələri, din xadimləriiştirak ediblər.

Mərasim əvvəlcə “Qurani-Kərim” tilavəti ilə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam AllahşükürPaşazadə çıxış edərək, Seyid Əli Xamenei ilə bağlı xatirələrinibölüşüb, onun zəngin mənəvi irsindən və İslam dünyasındakı rolundandanışıb. Şeyxülislam, eyni zamanda, dünyada baş verən münaqişə vəfəlakətlərin aradan qalxmasını diləyib, bəşəriyyət üçün sülh,əmin-amanlıq və rifah arzularını ifadə edib.

İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu çıxışında Seyid ƏliXameneinin həyat yolu, dövlət və din sahələrindəki fəaliyyəti,həmçinin İslam dünyasına verdiyi töhfələrdən bəhs edib. O,gərginliyin ilk günlərindən etibarən Azərbaycanın göstərdiyihəmrəyliyi, humanitar və mənəvi dəstəyi xüsusi vurğulayaraq, bunagörə ölkəmizə minnətdarlığını bildirib.

Sonra çıxış edən din xadimləri dini dəyərlər və mənəvi irsbarədə danışıblar. Mərhumun xatirəsi ehtiramla yad edilərək onundini və ictimai fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd edək ki, Ayətullah Seyid Əli Xameneinin həlak olmasının40-cı günü ilə əlaqədar bu gün Naxçıvanda da anım mərasimikeçirilib.

Xatırladaq ki, İranın ali dini lideri Əli Xamenei fevralın 28-dəvəfat edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onunvəfatı ilə əlaqədar İran Prezidenti Məsud Pezeşkiana başsağlığıməktubu ünvanlayıb, həmçinin Bakıda İran səfirliyini ziyarətedərək, xatirə kitabına ürək sözlərini yazıb.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Chosen
18
26
az.trend.az

10Sources