İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin aprel sayına dair ilkin göstəricilərini açıqlayıb. Məlumata görə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın neftdənkənar sahəsi üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz artaraq 862 milyon dollara çatıb.
Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 25,1 faiz artaraq 281 milyon dollarıtəşkil edib. Xüsusilə şəkər ixracı 4,5 dəfə, pambıq iplik 2 dəfə, bitki və heyvan mənşəli yağlar 68,4 faiz, pambıq lifi 43,5 faiz, meyvə-tərəvəz 22,1faiz, alüminium və ondan hazırlanan məmulatlar 20,4 faiz, çay 15,1 faiz, spirtli və spirtsiz içkilər isə 4,3 faiz artıb.
Aqrar məhsulların ixracı 26,6 faiz artaraq 215,6 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı isə 27,4 faiz artaraq 88 milyon dollar yüksəlib. Beləliklə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 26,8 faiz artaraq 303,7 milyon dollara bərabər olub.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”