
İtaliyanın “Yuventus” futbol klubu baş məşqçi Luçano Spalletti ilə müqaviləni uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, mütəxəssisin yeni müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. Spalletti 2025-ci ilin oktyabrında "Yuventus"a rəhbərlik etməyə başlayıb.
66 yaşlı Spalletti, “Yuventus”la müqavilə imzalamadan əvvəl ən son İtaliya millisinə rəhbərlik edib. O, komandanı 2023-cü ilin avqustunda təhvil alıb və 2024-cü il Avropa Çempionatına vəsiqə qazandırıb. İtalyanlar 1/8 finala qədər yüksəliblər və həmin mərhələdə İsveçrəyə 2-0 hesabı ilə uduzaraq titullarını qoruya bilməyiblər.
Spalletti, 2026-cı il Dünya Kubokunun seçmə mərhələsində Norveç (0:3) və Moldova (2:0) ilə oyunlardan sonra iyun ayında İtaliya millisindən ayrılıb.