ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 10 aprel, AZƏRTAC
Paytaxtın Sabunçu rayonu, Əjdər Məlikov və Mais Əsədov küçələrinin kəsişməsində piyadaların təhlükəsizliyi təmin edilib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə qeyd olunan ünvanda iki ədəd “L” tipli dirək üzərində piyada və nəqliyyat bölmələri olmaqla yeni işıqforlar quraşdırılaraq istifadəyə verilib.
Bununla da, piyadalar dirək üzərindəki düyməni sıxmaqla yaşıl işıq yandıqdan sonra yolu təhlükəsiz keçə bilirlər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.