EN

Dövlət Agentliyinin sədri vətəndaşların müraciətlərini dinləyib 

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov vətəndaşlarla növbəti görüşünü keçirib.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, aidiyyəti rəhbər şəxslərin iştirakı ilə keçirilən görüşdə dövlət satınalmalarına dair məsələlər və “Etender.gov.az” portalından istifadə ilə bağlı müraciət və təkliflər dinlənilib.

Qaldırılan məsələlərin operativ və qanunvericiliyin tələblərinə uyğun şəkildə həlli məqsədilə agentliyin müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə agentliyin rəhbər vəzifəli şəxslərinin görüş qrafiki rəsmi internet səhifəsində yerləşdirilib. Qrafik ilə tanış olmaq və görüşə yazılmaq üçün keçiddən istifadə edə bilərsiniz.

1Sources