EN

Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdır

Bakıda üç ailə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun iddia tələbi səbəbindən evsiz qalmaq təhlükəsi ilə üzləşib.

 

Pravda.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Məmməd Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası Səbail rayonu, Nizami küçəsi, 706-cı məhəllədə yerləşən “Dolçasaray” şirkəti tərəfindən tikilmiş elit binanın sakinlərinə 5 il əvvəl aldıqları mənzilləri dərhal boşaltmağı tələb edib.

 

Eldar Mahmudovun iddiasına görə, o, 15 il əvvəl həmin binanın 14-cü mərtəbəsində sahəsi 202 və 453 kvadratmetr olan iki mənzil alıb. Hazırkı sahiblər — Şövkət Əliyeva, Vüqar Mirqasımov və Mətanət Dadaşzadə isə bildirirlər ki, onlar bu mənzilləri 2021-ci ildə “Dolçasaray” şirkətindən təmirsiz vəziyyətdə (mayak halında) alıb, təmir edərək yaşayış üçün yararlı hala gətiriblər. Artıq uzun müddətdir həmin mənzillərdə yaşayır və orada qeydiyyatdadırlar. Şövkət Əliyevanın mülkiyyət hüququnu təsdiqləyən rəsmi çıxarış da mövcuddur.

 

Hər üç ailənin alqı-satqı müqavilələri qanunvericiliyin bütün tələblərinə uyğun rəsmiləşdirilib. Lakin ötən ilin yaz aylarında onlara mənzillərin boşaldılması ilə bağlı məhkəmə bildirişi daxil olub. Sonradan məlum olub ki, onların pul ödədiyi mənzillərlə bağlı Anar Mahmudov tərəfindən “Dolçasaray” şirkətinə qarşı 2021-ci ildən bəri məhkəmə prosesi davam edirmiş. Qanuni sahiblər bu prosesə cəlb olunmayıb və bu barədə məlumatlandırılmayıblar.

Tarix: 10 Aprel 2026, 16:50   
Chosen
29
11
pravda.az

10Sources