Martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarının nəticələri aprelin 25-dən sonra açıqlanacaq.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, həmin gün imtahanda 58 138 şagirdin iştirakı nəzərdə tutulurdu. 9 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilmişdi./Manset.az