EN

Xamenei ortaya çıxdı: Xalqa görün nələr deyəcək…

İranda Ali Rəhbərin nümayəndəsi Hindistanda çıxış edib.

KONKRET.az xəbər verir ki,  Xameneinin yaxın zamanda xalqa müraciət edə biləcəyi bildirilir

İranın Ali Rəhbərinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi bildirib ki, Müctəba Xamenei yaxın vaxtlarda xalqa müraciət edə bilər. Onun sözlərinə görə, Tehranda Ali Rəhbərin “çox yaxın zamanda” birbaşa vətəndaşlara çıxış edəcəyi gözlənilir.

İlahi qeyd edib ki, M.Xamenei ölkədəki vəziyyəti tam nəzarətdə  saxlayır və dövlət institutlarının işində fəal iştirak edir. O, Ali Rəhbərin prezident və parlament nümayəndələri də daxil olmaqla rəsmi şəxslərlə görüşlər keçirdiyini və mühüm qərarlar qəbul etdiyini vurğulayıb.

Bildirilib ki, Xamenei ABŞ və İsrail ilə münaqişə zamanı atəşkəs qərarının qəbulunda da birbaşa iştirak edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Chosen
15
1
konkret.az

2Sources