ain.az, Azertag portalına istinadən məlumat verir.
Moskva, 10 aprel, AZƏRTAC
Kreml Kiyevin Rusiyanın elan etdiyi Pasxa atəşkəsini dəstəkləməyə hazır olması ilə bağlı mövqeyi ilə tanış olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, bu, Volodimir Zelenskinin Ukraynanın atəşkəsə razılaşması ilə bağlı açıqlamasına aiddir. O bildirib ki, təşəbbüs humanitar xarakter daşıyır, çünki Pasxa həm Rusiya, həm də Ukrayna üçün müqəddəs bayramdır.
O, Rusiyanın atəşkəsi gərginliyin azaldılması istiqamətində bir addım kimi gördüyünü, lakin möhkəm və davamlı sülhün tərəfdarı olduğunu vurğulayıb. “Pasxa bayramı ölkəmiz və Ukrayna xalqı üçün müqəddəsdir. Amma biz atəşkəs istəmirik, sülh istəyirik. Möhkəm, davamlı sülh”, - deyə Peskov bildirib.
Onun sözlərinə görə, əgər Zelenski qərar verərsə, sülh “bu gündən etibarən” başlaya bilər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.