EN

İranla müharibədə nə qədər ABŞ hərbçisi yaralanıb? KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məlumatına görə, İranla əməliyyatların başlanmasından bəri azı 380 ABŞ hərbçisi yaralanıb.

KONKRET.az xəbər verir ki, onlardan 346-sı birbaşa döyüş əməliyyatları zamanı xəsarət alıb.

Yaralananlar arasında ABŞ Ordusunun 231 əsgəri, Hərbi Dəniz Qüvvələrinin 63 dənizçisi, Hərbi Hava Qüvvələrinin 33 hərbçisi və Dəniz Piyadaları Korpusunun 19 üzvü var.

Qeyd olunur ki, yaralıların böyük hissəsi müalicədən sonra yenidən xidmətə qayıdıb. ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri general Den Keynin sözlərinə görə, xəsarətlərin əksəriyyəti İran tərəfindən həyata keçirilən pilotsuz uçuş aparatlarının hücumları nəticəsində baş verib.

Eyni zamanda bildirilir ki, indiyədək əməliyyatlar zamanı 13 ABŞ hərbçisi həlak olub. Onlardan 6-sı Küveytdə, 1-i Səudiyyə Ərəbistanında həyatını itirib, digər ölümlər isə ABŞ-a məxsus yanacaq dolduran hərbi təyyarənin qəzaya uğraması nəticəsində qeydə alınıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
konkret.az

2Sources