EN

Operativ diplomatik təmaslar Azərbaycanın xarici siyasət reflekslərini nümayiş etdirir

İran ilə ABŞ arasında elan edilən ikihəftəlik atəşkəsdən sonra Azərbaycanın sürətli diplomatik reaksiyası, Bakının böhran idarəçiliyi və qonşuluq diplomatiyası sahəsində formalaşdırdığı yanaşmanın davamıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Hacı Bayram Vəli Universitetinin müəllimi Şuay Nilhan Açıkalın söyləyib.

O bildirib ki, Azərbaycanın son dövrdə İrana qarşı sərgilədiyi mövqe yalnız ritorik dostluq vurğusu ilə məhdudlaşmır. Belə ki, İranın mürəkkəb daxili və xarici şərtlərlə üzləşdiyi bir mərhələdə Azərbaycan–İran sərhəd xəttinin sabit profil nümayiş etdirməsi iki ölkə arasında faktiki təhlükəsizlik koordinasiyasının davam etdiyini göstərir.

"Prezident İlham Əliyevin İranın ali rəhbərinin vəfatından sonra göstərdiyi operativ diplomatik təmaslar və ölkədəki səfirlik səviyyəsində həyata keçirilən ziyarətlər, simvolik siyasətin xarici siyasətdə rolunu gücləndirən amillər sırasındadır. Eyni şəkildə, atəşkəsdən sonra edilən ilk təbrik telefon zənglərindən birinin Bakıdan gəlməsi, Azərbaycanın regional prosesləri yaxından izləyən və mövqeyini erkən mərhələdə müəyyən edən xarici siyasət refleksinə sahib olduğunu göstərir.

Bu baxımdan da Azərbaycan və İran Prezidentləri arasındakı son telefon danışığı yalnız diplomatik protokol deyil, eyni zamanda, həssas regional balanslar daxilində “nəzarətli normallaşma” axtarışının göstəricisidir. İki ölkə arasındakı münasibətlər, tarixi gərginlik sahələrinə baxmayaraq, qarşılıqlı praqmatizm və geosiyasi zərurətlər əsasında yenidən formalaşır. Bu prosesdə isə həlledici amil böhran anlarında nümayiş etdirilən diplomatik davamlılıq və institusional təmas qabiliyyəti olacaq",- deyə türk ekspert əlavə edib.

Chosen
10
2
azerbaijan-news.az

3Sources