EN

Cənubi Koreya Hörmüz məsələsi ilə bağlı İrana nümayəndə heyəti göndərir

Cənubi Koreya hökumətinin ABŞ və İsrailin hücumlarından, həmçinin İranın cavab tədbirlərindən sonra “Hörmüz boğazı ilə bağlı narahatlıqlar” səbəbindən İrana xüsusi nümayəndə göndərəcəyi bildirilir.

Turkustan.az xəbər verir ki, “The Korea Herald” qəzetinin məlumatına əsasən, Cənubi Koreyanın Xarici İşlər Nazirliyi dəniz təhlükəsizliyi və Hörmüz boğazı ilə bağlı yaranan narahatlıqları müzakirə etmək üçün Tehrana xüsusi nümayəndə göndərməyi planlaşdırır.

Nazirliyin açıqlamasında bildirilir ki, Cənubi Koreya Xarici İşlər Nazirinin xüsusi nümayəndəsi, səfir Çunq Byunq-han İrana səfər edəcək.

Səfərin məqsədi Yaxın Şərqdəki vəziyyət ətrafında fikir mübadiləsi aparmaq, həmçinin ölkə vətəndaşlarının, gəmilərin və heyətlərin təhlükəsizliyi, eləcə də dəniz naviqasiyası ilə bağlı məsələlər üzrə məsləhətləşmələr keçirməkdir.

Aytən Yaşar/ Turkustan.az

Chosen
19
1
turkustan.az

2Sources