EN

ABŞ və Avropanın bacarmadığını Zelenski etdi – Nə baş verir?

Ukrayna ordusunun son illərdəki fəaliyyəti və yeni texnologiyaların tətbiqi ilə bağlı diqqətçəkən açıqlamalar verilib.

KONKRET.az xəbər verir ki, təhlükəsizlik üzrə ekspert Viktor Yaqun bildirib ki, son dörd il ərzində Ukraynaya göstərilən dəstək həm ölkənin məğlub olmaması, həm də Avropanın öz müdafiə qabiliyyətini gücləndirməsi üçün vaxt qazanmaq məqsədi daşıyıb.

Onun sözlərinə görə, hazırda Avropa bəzi daxili məsələlərdə, o cümlədən Macarıstan rəhbərliyinin bloklayıcı mövqeyi ilə bağlı çətinliklər yaşayır.
Ekspert xüsusilə dəniz pilotsuz aparatlarının rolunu vurğulayıb. Bildirilib ki, bu cür dronlar qarşısında iri hərbi gəmilər belə müdafiəsiz qala bilər.
“Magura” adlı dəniz dronunun Qara dənizdə Rusiya hərbi texnikasına qarşı uğurlu əməliyyatlar həyata keçirdiyi qeyd olunur. Bu dronların qrup halında istifadəsi dənizdə patrul imkanlarını genişləndirir və radarlar üçün çətin görünən hədəfləri belə məhv etməyə şərait yaradır.

Bundan əlavə, Ukraynanın “Mariçka” adlı sualtı dronlarının da mövcud olduğu bildirilir. Bu texnologiyanın mina təmizləmə əməliyyatlarında istifadə oluna biləcəyi və artıq Qara dənizdə sınaqdan keçirildiyi vurğulanır.
Yagun həmçinin Ukrayna hərbçilərinin bir qisminin ərəb ölkələrinə göndərilməsi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, 600 minlik ordudan cəmi 215 nəfərin regiona ezam olunması ölkənin döyüş qabiliyyətinə təsir etmir. Əksinə, bu şəxslərin yüksək ixtisaslı təlimatçılar olduğu və əldə etdikləri təcrübənin gələcəkdə Ukrayna üçün daha faydalı olacağı qeyd edilib.

Ekspert əlavə edib ki, bəzi məlumatlar Ukraynanın müdafiəsinin zəiflədiyini iddia etsə də, bu, həqiqəti əks etdirmir və dezinformasiya xarakteri daşıyır. Onun fikrincə, Ukrayna artıq beynəlxalq təhlükəsizlik sahəsində mühüm rol oynamağa başlayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
19
1
konkret.az

2Sources