EN

Ötən il İpək Yolu Sığorta nın xalis mənfəəti 44% ə yaxın azalıb

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"İpək Yolu Sığorta" ASC 2025-ci ili 885 min manat xalis mənfəətlə başa vurub.

“APA-Economics” bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 43,6 % azdır.

2025-ci ildə "İpək Yolu Sığorta"nın əməliyyat gəlirləri də azalıb. Belə ki, şirkətin əməliyyat gəlirləri 7,7% azalaraq 5,9 milyon manata enib. Bununla da, cəmi gəlirlər 19,5% azalaraq 7,4 milyon manat təşkil edib.

Şirkətin toplam xərcləri isə 6,3 milyon manat olub ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 13,1% azdır.

Ötən il "İpək Yolu Sığorta" 221,2 min manat mənfəət vergisi ödəyib ki, bu isə illik müqayisədə 43,6% azdır. Vergidən əvvəlki mənfəət isə 2 milyon manatdan 1,1 milyon manata düşüb.

Bundan əlavə, "İpək Yolu Sığorta"nın aktivləri 3% azalaraq 22,7 milyon manata, öhdəlikləri isə 4,8 % azalaraq 6,7 milyon manata enib. Balans kapitalı isə 2,2 % azalaraq 16 milyon manat təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
apa.az

3Sources