EN

Cəlilabadda çiyələk təsərrüfatı ilə bağlı yayılan video araşdırılır

CƏLİLABAD, 10 aprel. TELEQRAF

Cəlilabad rayonunun Privolniye kənd sakini Natiq Bədirovun sosial şəbəkələrdə çiyələyin becərilməsi zamanı pestisidlərdən istifadə ilə bağlı paylaşdığı video ölkə miqyasında geniş müzakirələrə səbəb olub.

Teleqraf xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təsərrüfata baxış keçirilib. Agentliyin əməkdaşları ərazidən laborator analizlərin aparılması məqsədilə məhsul nümunələri götürüblər.

Təsərrüfat sahibi Natiq Bədirov isə açıqlamasında bildirib ki, sözügedən video əyləncə məqsədilə çəkilib. O qeyd edib ki, istifadə olunan preparatlar yalnız zərərvericilərə qarşı tətbiq olunub və məhsulun təhlükəsizliyinə zərər vurmur.

Hazırda götürülmüş nümunələr üzrə laborator müayinələrin nəticələri gözlənilir.

Chosen
50
teleqraf.com

1Sources