“Liverpul”un müdafiəçisi Endryu Robertson mövsümün sonunda komandadan ayrılacaq.
QOL.az xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı şotlandiyalı futbolçunun “Liverpul”la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Tərəflər arasında yeni sözləşmənin imzalanmaması qərara alınıb.
“Tottenhem”in onu azad agent kimi heyətinə cəlb etmək istədiyi bildirilir.
Qeyd edək ki, Endryu Robertson 2017-ci ildən “Liverpul”da çıxış edir.