EN

Rusiya ordusu cəbhə xəttində qüvvələrini artırır -Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş qərargahına istinadən bildirib ki, Rusiya ordusu cəbhə xəttində qüvvələrini artırır.

Redaktor.az bu haqda xarici KİV-ə istinadla məlumat verir.

Onun sözlərinə görə, Ukrayna ərazisində Rusiya hərbi qruplaşmasının sayında artım müşahidə olunur və bu məsələ hərbi rəhbərliklə müzakirə edilib.

Zelenski həmçinin qeyd edib ki, Ukrayna üçün yaxın dövr – xüsusilə sentyabra qədər olan müddət – həm cəbhədə, həm də danışıqlar prosesində çətin keçəcək.

Aytəkin TOFİQQIZI

Chosen
19
1
redaktor.az

2Sources