ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ətrafında qalmaqallar bir neçə gündür səngimək bilmir. Bir çox əməkdaş işdən çıxarıldığını, bəziləri qonorar almadığını deyərək, şikayət dolu paylaşımlar edib.
Axşam.az-ın məlumatına görə, teatrın direktoru, Xalq artisti Yusif Eyvazov Oxu.az-a açıqlamasında məsələlərə aydınlıq gətirib. Opera ifaçısı ilk əvvəl teatrdakı təmir işlərindən bəhs edib:
"3 il əvvəl bu teatrın rəhbərliyinə gələndə müəyyən orqanların rəsmi rəyi var idi, “Burada işləyə bilməzsiniz, təhlükəlidir”. Bunlar çox ciddi məsələlərdir. Deyə bilərlər ki, “bu vaxta qədər heç nə olmamışdı”. Niyə olmalıdır ki? Elə gərək kiminsə başına nəsə düşsün ki, teatr təmirə bağlansın? Biz rəyləri aldıqdan sonra başa düşdük ki, gərək səhnə təmir olunsun. Artıq iki aya layihə bitir. Bundan sonra işlərə başlanılacaq. Gərək əvvəlcə layihə bitsin. İyunda layihə tamamlandıqdan sonra, teatrda fiziki olaraq işlərə başlayacaqlar”.
Xalq artisti Əvəz Abdullayevlə bağlı məsələyə münasibət bildirən Y.Eyvazov bunları deyib:
"Bu məsələnin hüquqi tərəfini deyə bilərəm. 3 il əvvəl mən teatrın rəhbərliyinə gələndə Xalq artisti Əvəz Abdullayev bu teatrın solisti deyildi. Mənim onunla uzunmüddətli yaxşı münasibətim var. Mən özüm onu teatra dəvət etdim. Eyni zamanda başqa bir neçə görkəmli sənətkarları da dəvət etdim. Çünki hesab edirəm ki, belə sənətkarların teatrda çıxışı böyük prestijdir.
Bilirdim ki, Əvəz xaricdə yaşayır və buna baxmayaraq, üç il onu teatrda saxladım. Hər ay maaş da alırdı. İldə bir-iki dəfə gəlib çıxış edirdi. Mədəniyyət Nazirliyinin yoxlaması oldu və mənə dedilər ki, “xaricdə daimi yaşayan sənətkarlar teatr truppasının hissəsi ola bilməz”. Bundan sonra qərar verildi ki, 12 aya aldığı maaşı bölürük və onu keçiririk qonorara. İldə iki-üç dəfə gəlib çıxış edib pulunu alırsan.
Azərbaycanda yaşayıb səfərlərə gedən sənətçilərimizlə bağlı da belə qərar verdik ki, səfərlərə gedərkən öz hesablarına məzuniyyətə çıxsınlar. Əvəz axı burada yaşamır. Biz nəyi müzakirə edirik? Hansı haqsızlığı müzakirə edirik?! Biz bununla bağlı o hələ Almaniyada olanda telefon danışığı zamanı söhbət etmişdik. O gəldi martin 12-də çıxış etdi. Ondan soruşdum nə vaxt qayıdacağını və bildirdim ki, yanıma gəlsin danışaq. Amma gəlmədi və bu söhbətlər yayıldı. Martin 31-də müqaviləsinə xitam verildi”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.