EN

İranla istənilən an müharibəyə qayıda bilərik - İsrail Baş Qərargah rəisi

İsrailin Baş naziri Benyamin Netanyahunun Beyrutla birbaşa danışıqlara başlamaq əmrinə baxmayaraq, ölkə "istənilən an" müharibəyə qayıda bilər.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə İsrail Baş Qərargah rəisi Eyal Zamir məlumat verib."İsrail ordusu atəşkəs yox, müharibə vəziyyətindədir. Biz bu bölgədə döyüşməyə davam edəcəyik. Bu, bizim əsas döyüş meydanımızdır",- Eyal Zamir bildirib.

O İranla atəşkəsdə olduqlarını qeyd etsə də, əlavə edib ki, istənilən vaxt Tehranla döyüşə qayıda bilərlər.

İlahə QənbərliMissiya.Az

Chosen
22
1
missiya.az

2Sources